DİN Bakının mərkəzindəki narkomanlar yuvası ilə bağlı hərəkətə keçdi: Naryad qrupu cəlb edildi - VİDEO

12:20 22-10-2021 15

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O bildirib ki, görüntülərdə əks olunan ərazi tam nəzarətə götürülüb:

“Həmin ünvanda neqativ halların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

“Əraziyə naryad qrupu 24 saat fasiləsiz xidmətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib. 

Qeyd edək ki, ötən gün Baku TV-nin əməkdaşları Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma olan ərazidə olublar.

İddia edilib ki, ərazidə toplaşan insanlar mütəmadi olaraq narkotik qəbul edir.

İlhamə Əbülfət