Azərbaycanda son sutkada koronavirusa 2005 nəfər yoluxub, 20 nəfər vəfat edib – FOTO

18:20 21-10-2021 15

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2005 yeni yoluxma faktı qeydə alınıb, 1011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.