Vətən müharibəsi şəhidi Fuad Məmmədoun anım günü qeyd olunub - FOTO

17:50 21-10-2021 13

Bu gün Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeriyeviçin anım günü qeyd olunub.

milletinsesi.info xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhidin təhsil aldığı Milli Aviasiya Akademiyasının tələbələri və müəllim heyəti, eləcə də Azərbaycanın Xalq artisti, şəhid atası Əli Nur və başqaları Dədə Qorqud şəhidliyində Fuad Məmmədovun məzarını ziyarət etmiş, çələng və çiçəklər düzmüşlər.

Sonra Tədbir Polad Həşimov küçəsində yerləşən Şəhidlərin Xatirə Parkında davam etdirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edənlər bildiriblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Vurğulanıb ki, Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatla torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı, 30 illik həsrətə son qoydu. Sonra məktəblilər ədəbi-bədii kompozisiya ifa etdilər, Fuad Məmmədovun atasının oğluna və bütün şəhidlərimizə həsr edilmiş şeirləri təqdim olundu, şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.