Xaçmazda 13 yaşlı şagird məktəbdə öldü - Prokurorluqdan AÇIQLAMA

17:30 21-10-2021 12

Xaçmaz rayonunda 13 yaşlı məktəbli vəfat edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.