II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi: İnsanın hiss etdiyi yaşda olduğuna inanır

03:05 21-10-2021 20

Böyük Britaniya kraliçası II Yelizaveta “The Oldie” jurnalının kifayət qədər çox yaşı olan şəxslərin uğurlarını qeyd etmək üçün verdiyi “İlin yaşlısı” mükafatına layiq görülüb.

“Haber Global” məlumat verir ki, 95 yaşlı kraliça mükafatdan imtina edib.

Kraliçanın Şəxsi Katibinin köməkçisi Tom Lainq-Beyker tərəfindən göndərilən məktubda deyilir: “Əlahəzrət insanın hiss etdiyi yaşda olduğuna inanır. Bu səbəbdən mükafatı qəbul edə bilmək üçün müvafiq meyarlara cavab verdiyini düşünmür və daha layiqli alıcı tapacağınıza ümid edir”.

Kraliçanın aprel ayında vəfat edən həyat yoldaşı şahzadə Filip 2011-ci ildə 90 yaşında sözügedən mükafatı alıb.