Talibanın narkoman “ovundan” görüntülər - FOTO

02:35 21-10-2021 29

Əfqanıstanda Taliban hərəkatının göstərişi ilə narkomaniyaya qarşı mübarizə başlanıb.

Sosial şəbəkələrdə zibillik kimi istifadə edilən qurumuş çay macrəlarında, körpü altlarında yatan narkomanların “ovu” ilə bağlı kadrlar yayılıb.

Məlumata görə, onların çoxu reabilitasiya mərkəzinə zor gücünə aparılırlar.

Bildirilir ki, mərkəzdə pasiyentlər üzərində diqqətlə yoxlama aparılır, xarici görünüşləri qaydasına salınır. O da vurğulanır ki, narkomanların reabilitasiyası əldə olan vasitələrlə həyata keçirilir.

Mənbə: “RESSENTIMENT” “Telegram” kanalı