Rusiyada narkokuryer pişik ələ keçib

01:50 21-10-2021 25

Rusiyada narkokuryer kimi istifadə edilən pişik ələ keçib.

O, İvanovo vilayətindəki 4 saylı islah düşərgəsi ərazisinə narkotik maddə keçirmək istəyərkən müəssisə əməkdaşları tərəfindən saxlanılıb.

Pişiyin boyun xaltasında 5.21 qram marixuana aşkarlanıb.

Xaltanı çıxaran kimi dördayaqlı qaçıb. Xalta isə ekspertiza üçün müvafiq qurumlara göndərilib.

Mənbə: gazeta.ru