ÜST-dən yoluxmanın artması ilə bağlı HESABAT

01:05 21-10-2021 23

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxma hallarının Avropada son bir həftədə əvvəlki həftəyə nisbətən 7 faiz artdığını açıqlayıb.

Təşkilatın dərc etdiyi həftəlik COVID-19 hesabatında dünyada yoluxma hadisələrin artması və ölüm halları araşdırılıb.

Hesabata əsasən, son bir həftə ərzində dünyada 2,7 milyon insanın COVID-19 testi müsbət çıxıb və 46 min insan həyatını itirib.

Son bir həftə ərzində ən böyük azalma Afrikada (18 faiz) və Qərbi Sakit Okean bölgəsində (16 faiz) müşahidə edilib.

Hesabatda vurğulanan məsələlərdən biri də peyvənd edilməməsinə baxmayaraq, Afrikada yoluxmada artımının azalması olub.

Son bir həftədə Avropada 1,3 milyon yeni yoluxmanın görüldüyü və Avropa ölkələrinin yarıdan çoxunda COVID-19-a yoluxmanın artdığı vurğulanıb.

Hesabatda eyni zamanda qeyd edilib ki, Avropada koronavirusa yoluxma son üç həftədir ki, artır və materik son bir həftədə dünyada yoluxmanın artdığı yeganə bölgədir.