Elnur Əşrəfoğlu dəfn olunub - FOTO

12:00 20-10-2021 12

Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.

“Report”un məlumatına görə, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırlıb.

Dəfndə mərhumun yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.