Suriyada hərbçiləri daşıyan avtobus partladılıb: 14 nəfər həyatını itirib - VİDEO

11:25 20-10-2021 13

Suriyanın paytaxtı Dəməşq şəhərində törədilən güclü partlayış nəticəsində 14 hərbçi həlak olub.

Qeyd olunur ki, hadisə Dəməşqin məşhur “Damarouz” otelinin yaxınlığında baş verib.

Terrorçular hərbçiləri daşıyan avtobusun keçdiyi ərazidə partlayıcı qurğunu işə salıb.

Nəticədə avtobusda olan bütün hərbçilərin həyatını itirdiyi bildirilir.

Mənbə: “RİA Novosti”