Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO/VİDEO

11:10 20-10-2021 11

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin qoyub qaçdığı mövqelərdən döyüş sursatları aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ermənilərin ataraq qaçdığı iki “Strela-3” daşınan zenit-raket kompleksi, iki “Foqot”, bir “AQS-17” qurğusu, dörd qumbaraatan, dörd avtomat, bir tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, dörd avtomat darağı və 1 400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.