Kamran Əliyev işdən çıxardığı prokurora yeni vəzifə verdi - FOTO

10:20 20-10-2021 19

Bir neçə gün öncə vəzifəsindən azad edilən Binəqədi Rayon Prokuroru, ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanova yeni vəzifə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Nazim İmanov Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsində idarə prokuroru vəzifəsinə təyinat alıb.