Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

10:15 20-10-2021 15

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.

Könül Cəfərli