Selin Dion bütün konsertlərini ləğv etdi – FOTO

09:10 20-10-2021 24

Tanınmış müğənni Selin Dion noyabr-fevral ayları arasında keçirilməsi nəzərdə tutulan bütün konsertlərini ləğv edib.

Bu barədə ifaçı özünün “Twitter” səhifəsində məlumat verib.

Qərarın kanadalı ulduzun səhhətində yaranmış problemlərlə bağlı olduğu bildirilib.

Paylaşıma əlavə edilmiş sənəddə məşhurun güclü əzələ tutmalarından əziyyət çəkdiyi qeyd olunub.