Ancelina Coli çoxdan gözlənilən filmin təqdimetmə mərasimində - FOTO/VİDEO

08:30 20-10-2021 23

Ancelina Coli Xloya Çjaonun rejissorluğu ilə çəkilən “Əbədilər” (“”) filminin Hollivud premyerasında iştirak edib.

Filmdəki rollardan birini oynayan aktrisanı beş uşağı - 20 yaşlı Meddoks, 16 yaşlı Zaxara, 15 yaşlı Şaylo və 13 yaşlı Vivyen və Noks müşayiət edib.

 

Aktrisa yenidən çox arıqlaması ilə diqqət çəkib.

Bundan başqa, aktrisanın qızı Zaxaranın əynindəki geyimin Colinin 2014-cü ildə Oskar mükafatının təqdimetmə mərasiminə geyindiyi paltar olduğu da nəzərlərdən yayınmayıb

Qeyd edək ki, filmdə söhbət Yer kürəsini humanoidlərdən gizlincə qoruyan, lakin planeti xilas etmək üçün özlərini ifşa etməli olan ölümsüz super qəhrəmanlar - “əbədilər”dən gedir.

“Eternals”da Ancelina Coli ilə yanaşı Salma Hayek, Kumail Nanciani, Cemma Çan, Kit Harrinqton və Riçard Madden kimi məşhur aktyorlar da iştirak edir.