“Instagram”dan İranın televiziya kanalına QADAĞA

18:40 18-10-2021 16

“Instagram” İranın “Press TV” kanalının bu platformadakı hesabına girişini dayandırıb.

İRNA-nın məlumatına görə, sosial şəbəkə tərəfindən hesab oktyabrın 8-də “naməlum” səbəblərdən bağlanıb.

“Press TV” kanalının İctimaiyyətlə Əlaqələr Şöbəsi də faktı təsdiqləyib.

Qeyd edək ki, buna qədər kanalın “Facebook” və “YouTube” sosial şəbəkələrindəki hesabları da bloklanmışdı.