ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell koronavirusdan öldü

18:00 18-10-2021 13

ABŞ-ın sabiq Dövlət Katibi Kolin Pauell 84 yaşında vəfat edib. Onun koronavirusun yaratdığı fəsadlara görə öldüyü bildirilib.

Bu barədə ailəsi xəbər verib.

Qeyd edək ki, Pauell Kiçik Corc Buşun hakimiyyətinin birinci müddətində, yəni 2001-2005-ci illərdə ABŞ Dövlət Katibi vəzifəsini tutub.