Daha bir universitetdə tələbələr koronavirusa yoluxdu

16:50 18-10-2021 13

Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

milletinsesi.info-ın məlumatına görə, Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.

Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 

BDU-nun mətbuat katibi Günel Orucəliyeva milletinsesi.info-ın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

“Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində də üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada .

İlhamə Əbülfət