Həmkəndlisini qayçı ilə qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

16:25 18-10-2021 21

27 iyun 2021-ci il tarixdə Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.