“Golden Crown”dan “Böyük Endirim” kampaniyasına dair rəsmi açıqlama

16:00 18-10-2021 13

Yeni Zelandiyada istehsal olunan “Golden Crown” kərə yağı oktyabr ayında “Böyük Endirim” kampaniyasına start verdi. Kampaniya çərçivəsində “Golden Crown” 400 qram kərə yağının qiyməti 6,20 AZN-dən 5,20 AZN-ə endirildi. Bu isə “Golden Crown” 400 qram kərə yağının bir kiloqram qiymətinin 13 AZN təşkil etməsi deməkdir.

“Golden Crown” markası olaraq kərə yağı bazarında qiymət artımlarının olduğu bu günlərdə endirim kampaniyası keçirməyimizə səbəb istehlakçılarımızı düşünməyimiz və onlara Yeni Zelandiya istehsalı və keyfiyyətli kərə yağı əldə etmək imkanı yaratmaqdır.

Lakin təəssüf ki, bəzi marketlər endirimli satış qiymətini tətbiq etməyərək razılaşdırılmış qiymət şərtlərinə riayət etmirlər və bu addımla müştərilərin haqlı narazılığına səbəb olurlar. Rəflərdə endirimli satış qiyməti 5,20 AZN olmalı olan “Golden Crown” 400 qram kərə yağını daha yüksək qiymətə satırlar. İstehlakçılara müraciət edərək bildirmək istəyirik ki, “Golden Crown” 400 qram kərə yağının endirimli rəf qiyməti oktyabr ayının sonunadək 5,20 AZN təşkil edəcək, alıcılar marketlərdə olarkən bu qiyməti satış nöqtələrindən tələb edə bilərlər. 

“Golden Crown” kərə yağı artıq 9 ildir ki, Yeni Zelandiyadan ölkəmizə idxal olunur və istehlakçılar üçün əlçatan  kərə yağı markası olmağa davam edir.