Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi - RƏSMİ

15:25 18-10-2021 19

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. 

milletinsesi.info-ın məlumatına görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova milletinsesi.info-a bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:

“Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.

İlhamə Əbülfət