II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir baş tutub - FOTO

22:25 15-10-2021 23

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasında Klassik Milli Vokal İfaları təqdim olunub.

“Report” xəbər verir ki, konsert proqramında Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti çıxış edib.

Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Əməkdar artist Zenfira İsmayılova, Əməkdar artist Əliəhməd İbrahimov, Taleh Yəhyayev, Nihad Orucov (müəllim Azər Zeynalov), Səma Həmzəyeva (müəllim Zenfira İsmayılova), Cəlal Məlikli (müəllim Əliəhməd İbrahimov), Nərminə Quliyeva (müəllim Anar Şuşalı), Zeynəb Hüseynova (müəllim Zenfira İsmayılova), Günel Hacıyeva (müəllim Gülnaz İsmayılova), Emin Hüseynov (müəllim Azər Zeynalov) və Ülkər Quliyeva (müəllim Gülnaz İsmayılova) konsert proqramında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Tofiq Quliyev, Vasif Adıgözəlov, C.Verdi, Volfqang Amadey Motsart, Andrea Falkonyer, C.Puççini, A.Vivaldi, Luici Arditi, C.Bononçini, Jorj Bize, Coakkino Rossini, C.Perqolezi və başqalarının əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.