“Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var!

11:23 15-10-2021 429

3-Segments-OOH_Full_053-Segments-OOH_Internet_033-Segments-OOH_Unikal_04

Hər bir müştərinin ehtiyacını anlayan “Nar” öz təkliflərini və məhsullarını məhz abunəçilərin istəkləri
əsasında qurur. Daha çox zəng xidmətinə üstünlük verən və ya vaxtının çoxunu internetdə keçirən,
yaxud da hər ikisini bir paketdə əldə etmək istəyən abunəçilər üçün “Nar”ın xüsusi təklifləri var. Gün
ərzində daha çox zəng edən və telefonla danışmağı sevən abunəçilər “Nar”ın “Unikal” tarifini seçə
bilərlər. Bu tarif ölkədaxili bütün istiqamətlərə vahid qiymətə danışmaq imkanı verir. “Unikal” tarifinə
qoşulmaq üçün abunəçilər “Unikal” açar sözünü yazıb, 777-yə göndərə bilərlər.Hər zaman onlayn olmaq və kəsintisiz internetdən həzz almaq istəyən abunəçilər üçün isə “Nar”
müxtəlif ölçülü internet paketlərini təklif edir. Abunəçi öz ehtiyacına uyğun olaraq çoxsaylı internet
paketlərindən birini seçə bilər. “Nar”ın internet paketləri haqqında ətraflı məlumatı “İnternet” açar
sözünü 777 qısa nömrəsinə göndərməklə əldə etmək olar.