Avstriyalı deputat parlamentdə çıxışı zamanı huşunu itirdi – VİDEO

01:25 14-10-2021 13

Avstriyalı millət vəkili Eva Mariya Holtslyaytner ölkə parlamentinin aşağı palatası olan Milli Məclisdə çıxış edərkən huşunu itirərək yerə yıxılıb.

İnsident Məclisin növbəti iclası zamanı yaşanıb.

Xanıma təcili tibbi yardım göstərilib və o, bir neçə dəqiqə sonra yenidən iclasa qayıdıb. Deputat ona kömək edənlərə təşəkkürünü bildirərək, özünü yaxşı hiss etdiyini qeyd edib.

Mənbə: “RİA Novosti”