“Evdə tək” filminin yeni versiyasının treyleri təqdim olundu – VİDEO

22:25 12-10-2021 18

Populyar “Evdə tək” filminin yeni versiyasının treyleri təqdim olunub.

Rejissor Den Meyzerin ekran əsərinin ilk görüntüləri Hollivudun “20th Century Studios” kinostudiyasının “YouTube” səhifəsində yayımlanıb.

Yeni filmdə qəhrəmanın adı artıq Kevin deyil, Maksdır. Onu “Dovşan Coco” filmindən tamaşaçılara yaxşı tanış olan Arçi Yets canlandırır.

Komediyanın premyerası noyabrın 12-də “Disney+” striminq xidməti vasitəsilə baş tutacaq.