“Qarabağ” Kiprdə - VİDEO

17:45 29-09-2021 21

“Qarabağ” komandası Avropa Konfrans Liqasının qrup mərhələsinin II turunun görüşü üçün Kiprdədir.

milletinsesi.info xəbər verir ki, Ağdam təmsilçisi Kipr çempionu “Omoniya” ilə qarşılaşmaq üçün Nikosiya şəhərinə gedib.

Komanda Bədəvi Hüseynov, Elvin Cəfərquliyev, Xayme Romero və İsmayıl Zülfüqarlının xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək. Bu səbəbdən həmin futbolçular Kiprə aparılmayıb.

Qeyd edək ki, “Omoniya” – “Qarabağ” görüşü sabah keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı Bobi Madenin başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Səbuhi Musayev