“Tərəqqi” medallı Füzuli Musayev - FOTO/VİDEO

11:20 29-09-2021 16

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda idmanın inkişafı dövlətimizin diqqət mərkəzində olmaqla beynəlxalq idman aləmində öz layiqli yerini tutaraq böyük nailiyyətlər qazanıb. 

Ulu öndərin davamçısı, Prezident İlham Əliyev Olimpiya komitəsinin prezidenti olduqdan sonra Azərbaycanda idman inqilabi mərhələyə daxil olaraq beynəlxalq aləmdə böyük dirçəliş yaradıb. Azərbaycan idmançıları beynəlxalq yarışlarda Avropa, dünya çempionatları və Olimpiya oyunlarında çox böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını xarici arenalarda dalğalandıraraq idman salnaməsini yazıblar.

Daim idmana və gənclərin sağlam ruhda yetişməsinə öz töhfəsini verən karate idman növü üzrə iki qat dünya çempionu, Avropa çempionu, səkkizinci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyaları Assosiyasiyasının birinci vitse-prezidenti, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar İdman ustası” fəxri adlarının sahibi, Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və idman ustası, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir. O, həm Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr edib, həm də beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nəiliyyətlər qazanan bir sıra idmançılar hazırlayıb. Məhz bu idmançılardan biri də uşaqlıq yaşından Füzuli Musayevin tələbəsi, beşqat dünya, 13 qat Avropa çempionu, Avropa və İslam oyunlarının qalibi, ölkəmizə ilk dəfə olaraq karate üzrə Olimpiya oyunlarının gümüş medalını gətirən “Qara brilyant” ləqəbli Rafael Ağayevdir.

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkar fəaliyyətinə, idmançıların ölkəmizi karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil etməsinə, zəhmətinə və digər nəiliyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, prezidentin 2015-ci ildə “Fəxri diplomu”, 2021-ci ildə isə “Tərəqqi medalı” ilə təltif edilib.

Füzuli Musayev hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.