Çempionlar Liqası: “Yuventus” doqquz il sonra Turində “Çelsi”yə qarşı

11:10 29-09-2021 15

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər görüşləri keçiriləcək.

milletinsesi.info xəbər verir ki, matçlar E, F, G və H qrupunda matçlar keçiriləcək.

Gecənin görüşü İtaliyanın Turin şəhərində keçiriləcək. “Yuventus” turnirin son qalibi “Çelsi”ni qəbul edəcək. Matç qrup liderini müəyyənləşdirmək baxımından önəm daşıyır.

Tərəflər sonuncu dəfə 2012-ci ildə qarşılaşıb. Çempionlar Liqasının qrup mərhələsində baş tutan görüşlərdə “Yuventus” Turində 3:0 qalib gəlib, Londonda 2:2 hesabı qeydə alınıb.

Hər iki komandanın heyətində itkilər var. “Yuventus”da Artur, Paulo Dibala, Kayo Jorje, Alvaro Morata və Hans Nikolussi Kavilya zədəlidir. Qonaqlarda isə Ris Ceyms, Nqolo Kante, Meyson Maunt və Kristian Pulişiç oynamayacaq.

Çempionlar Liqası

II tur

E qrupu

23:00 “Bayern” (Almaniya) – “Dinamo” (Ukrayna)

23:00 “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)

F qrupu

20:45 “Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə)

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Vilyareal” (İspaniya)

G qrupu

23:00 “Volfsburq” (Almaniya) – “Sevilya” (İspaniya)

23:00 “Zalsburq” (Avstriya) – “Lill” (Fransa)

H qrupu

20:45 “Zenit” (Rusiya) – “Malmö” (İsveç)

23:00 “Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə)

Səbuhi Musayev