Messi PSJ-də ilk qolunu vurdu - VİDEO

00:55 29-09-2021 23

Bu dəqiqələrdə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində davam edən PSJ – “Mançester Siti” oyununda Fransa klubu rəqibin qapısından ikinci qolu keçirib.

Parislilərin heyətində ikinci qolu arqentinalı hücumçu Lionel Messi keçirib. Ulduz futbolçu oyunun 74-cü dəqiqəsində fərqlənib. 

Bu qol L.Messinin PSJ-nin forması ilə vurduğu ilk qoldur.

Qeyd edək ki, oyunda İngiltərə klubunun qapısına ilk qolu İdrissa Qana Qeye keçirib.