Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazanıb

23:45 28-09-2021 22

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.

Azərbaycan təmsilçiləri turu qələbə ilə başa vurub. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib - 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.

Rusiya təmsilçisi Vladislav Artemyev isə turun sensasiyasına imza atıb. O, Karlsenlə qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb.

Çempionlar Turu
Final mərhələsi
IV tur

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 1,5:2,5

Teymur Rəcəbov (AZƏRBAYCAN) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:1,5

Aniş Giri (Niderland) - Levon Aronyan (Ermənistan) - 1:3

Vladislav Artemyev (Rusiya) - Maqnus Karlsen (Norveç) - 3:1

Hikaru Nakamura (ABŞ) - Uesli So (ABŞ) - 2:2 (Görüş davam edir)