İlqar Rəhimov MPK-də yenidən prezident oldu, Paralimpiya çempionu İcraiyyə Komitəsinə üzv təsdiq edildi - FOTO

13:40 28-09-2021 17

İlqar Rəhimov yenidən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti seçilib.

milletinsesi.info xəbər verir ki, bu gün MPK-nin video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaqda Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları MPK-nə üzv seçilib. Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən bu komitənin prezidenti seçilib. İlham Zəkiyev və Yaşar Hacıyev yenidən komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifəsində işinə davam edəcək. Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin aşağıdakılardan ibarət yeni tərkibi də təsdiq edilib:

1. Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə Komitəsinin sədri

2. Zəkiyev İlham Əzizağa oğlu – ARMPK-nin vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü

3. Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse-prezidenti, Sumqayıt Paralimpiya İdman Komitəsinin direktoru, İcraiyyə Komitəsinin üzvü

4. Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi, İcraiyyə Komitəsinin katibi

5. Sultanova Afaq Vaqif qızı – cüdo üzrə Paralimpiya çempionu, İcraiyyə Komitəsinin üzvü

6. Kərimova Vüsalə Akif qızı – “Əlil İdmançılara dəstək” İB-nin baş katibi, İcraiyyə Komitəsinin üzvü

7. Sadıqov Sadıq Asəf oğlu – “Neftçi” İK icraçı direktoru, İcraiyyə Komitəsinin üzvü

8. Məmmədov Aydın Ağa oğlu – Gənclər və İdman Nazirliyinin sektor müdiri, İcraiyyə Komitəsinin üzvü

9. Behbudov Vüqar Şəfa oğlu – Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, İcraiyyə Komitəsinin üzvü

10. Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri, İcraiyyə Komitəsinin üzvü

11. Zeynalova Afaq Şakir qızı – Qış İdman Növləri Federasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, İcraiyyə Komitəsinin üzvü