Zəka sahiblərimiz dünya çempionatında Rusiyaya qarşı

12:55 28-09-2021 13

İspaniyanın Kataloniya əyalətinin Sices bölgəsində keçirilən qadın şahmat komandaları üzrə dünya çempionatında bu gün qrup mərhələlərində III və IV turun oyunları keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, millimiz bu gün III turda lider Rusiya ilə, IV turda Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, sentyabrın 27-də qadın millimiz Hindistan və Ermənistanla 2:2 oynayıb. A qrupunda yer alan komandamız hazırda 4 xalla dördüncü sıradadır. Rusiya 7,5 xalla birinci, Ermənistan və Hindistan 4,5 xalla ikinci və üçüncüdür.

Xatırladaq ki, ilk 4 komanda 1/4 finala vəsiqə qazanacaq.

Səbuhi Musayev