General yeni vəzifəyə təyin edildi

12:35 28-09-2021 11

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

milletinsesi.info-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.

Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.