Anım Günü ilə əlaqədar bağlanan yollar açıldı

14:35 27-09-2021 16

“27 sentyabr - Anım Günü ilə əlaqədar Bakıda keçirilən tədbirlərlə bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb”.

Bunu milletinsesi.info-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 

Onun sözlərinə görə, paytaxt ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Qeyd edək ki, 27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti .

İlhamə Əbülfət