İsrail səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

13:35 27-09-2021 14

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, həmçinin diplomatik nümayəndəliyin digər əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

“Regiona sülh arzulayırıq və həlak olanların ailələrinə başsağlığı veririk”, - deyə paylaşımda bildirilib.