Hemilton 100-cü qələbəsini qazandı

23:55 26-09-2021 30

Formula 1 çempionatının növbəti yarışı Rusiyada keçirilib.

Soçi Qran-prisi “Mercedes” pilotu Lüis Hamiltonun qələbəsi ilə başa çatıb.

“Red Bull” komandasından Ferstappen finişə ikinci, “Ferrari”dən Sayns isə üçüncü çatıb.

Bu, yeddiqat dünya çempionunun karyerasında sayca 100-cü qələbə olub. Onun adı bu sayda birinciliyə nail olan ilk pilot kimi Formula 1 tarixinə düşüb. Britaniyalının ən yaxın izləyicisi əfsanəvi Mixael Şumaxerin hesabında 91 qələbə var.

Qeyd edək ki, yarışmanın növbəti mərhələsi 8-10 oktyabrda Türkiyədə baş tutacaq.