İranda SEPAH obyektində yanğın: Xəsarət alanlar var

22:45 26-09-2021 22

İranda Tehranın qərbində yerləşən araşdırma mərkəzində yanğın baş verib.

Obyektin İslam İnqilabı Keçikçiləri Korpusuna (SEPAH) aid olduğu bildirilib.

Məlumatı təşkilatın mətbuat xidməti yayıb.

İnsident nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Yanğının qısa zamanda lokallaşdırıldığı qeyd edilib.  

Hazırda hadisəni səbəbləri araşdırılır.

Mənbə: ISNA