Fati uzunmüddətli zədədən sonra dönüşünü qolla qeyd etdi, “Barsa” üç xalı rahat qazandı - VİDEO

21:15 26-09-2021 18

İspaniya La Liqasının VII turu davam edir.

milletinsesi.info xəbər verir ki, son iki oyunda qələbəyə həsrət qalan “Barselona” nəhayət üç xal sevinci yaşayıb.

“Levante”ni qəbul edən kataloniyalılar üç xalı üç qolla qazanıblar.

İlk 14 dəqiqə ərzində Depay və De Yonqun qolları ilə 2:0 önə keçən “Barsa”nın üçüncü qoluna 90+1-ci dəqiqədə uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Ansu Fati imza atıb.

Qarşılaşmanın qollarını təqdim edirik: