Saatlıda mağaza yanıb

19:05 26-09-2021 14

Saatlı rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sarıcalar kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları və içərisində ərzaq malları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.