“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq

18:15 26-09-2021 16

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Birinci turda Şəhriyar Məmmədyarov Uesli So (ABŞ), Teymur Rəcəbov Vladislav Artemyevə (Rusiya) uduzublar.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.