Bakıda avtoxuliqanlığa görə saxlanılan şəxs əvvəl at oğurluğuna görə tutulub - FOTO

19:45 25-09-2021 16

Bakıda icarəyə götürdüyü avtomobillə xuliqanlıq edən sürücü barəsində daha əvvəl iki cinayət işi də açılıb.

Hüquq mühafizə orqanlarından milletinsesi.info-a verilən məlumata görə, KİA markalı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu ərazisində yol polisinin “Saxla!” əmrinə tabe olmayan Sadiq Hüseynov 4 il əvvəl (2017-ci ildə) Şabran rayonunda at oğurluğuna görə saxlanılıb.

Dörd il keçəndən sonra isə S.Hüseynov at oğurluğuna görə onu saxlayan, vəzifəsindən azad edilən sabiq polis əməkdaşına hücum çəkdiyi üçün barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb.

Hazırda isə o, paytaxtda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq etdiyi üçün saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.