Qvardiola “Çelsi” qələbəsini şərh etdi: “Bu stadionda və bu cür rəqibə qarşı bizim etdiyimiz edə bilmək...”

19:20 25-09-2021 19

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının altıncı turu çərçivəsində “Çelsi” üzərində qazanılmış qələbəni şərh edib.

“Bu gün uşaqlar möhtəşəm idi. Bu stadionda və bu cür rəqibə qarşı bizim etdiyimiz edə bilmək mənim üçün böyük iftixar oldu. Biz bura gəldik və öz oyunumuzu oynadıq. Bəzən nələrsə alınmır, çünki rəqib daha yaxşı olur. Biz yüksək təzyiqlə, yaxşı oynadıq, buna görə də “Çelsi” hücumlarını inkişaf etdirə bilmədi”, - deyə X.Qvardiola deyib.

Mənbə: BBC