Avroviziya qalibi olan türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO

18:15 25-09-2021 23

Türkiyəli məşhur müğənni Sertap Erener xəstəxanaya yerləşdirilib. 

Erener “Instagram” hesabından vəziyyəti ilə bağlı ilk açıqlamanı verib.

“Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxanadayam, müalicə alıram. Yenidən görüşərik”, - deyə o bildirib.

Mədə-bağırsaq problemi ilə əlaqədar müalicə alan ifaçı bir neçə konsertini təxirə salmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, türk pop müğənnisi Sertap Erener 2003-cü ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.