Daxili işlər naziri rəisi sərəncama götürdü

17:10 25-09-2021 15

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

milletinsesi.info-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Qeyd edək ki, o, öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə hələ ki, təyinat yoxdur. 

Könül Cəfərli