Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

23:05 24-09-2021 20

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla müzakirələrimiz çox xoş keçdi”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində qeyd edib.

“İki ölkə arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə prezidentin köməkçisi bildirib.