Azərbaycanlı məşqçi Türkiyə klubunda

21:45 23-09-2021 26

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, 2021/2022 mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” klubu ilə bir illik müqavilə imzalayıb.

Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.