Fərid Qayıbov Güləş Federasiyasına baş çəkdi – FOTO

18:35 23-09-2021 30

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

milletinsesi.info xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitə yerində baxış keçirib.

Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazası ilə tanış olub.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov da iştirak edib.