Eto federasiya prezidentliyinə namizəd oldu

02:25 23-09-2021 19

Kamerun millisinin keçmiş ulduzu Samuel Eto ölkəsində Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürüb.

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən Eto qeyd edib:

“Kamerun Futbol Federasiyası prezidentliyinə namizədliyimi elan etdiyimə görə çox şadam və qürurluyam”.

Qeyd edək ki, Samuel Eto karyerası ərzində “Barselona”, “İnter”, “Çelsi” kimi klubların formasını geyinib.

Mənbə: “Anadolu” agentliyi