Türkiyə Super Liqasının ən erkən qolu vuruldu – VİDEO

19:35 22-09-2021 27

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində keçirilən “Qaziantep”- “Başakşəhir” matçında rekord qeydə alınıb.

Matçın 10-cu saniyəsində hesabı açan ev sahibi komandanın futbolçusu Məhəmməd Dəmir çempionat tarixinin ən erkən qoluna imza atıb.

Qeyd edək ki, indiyədək turnirin ən erkən qolu 2008-2009-cu illər mövsümündə “Dənizlispor”lu Derril Bivon Roberts tərəfindən 12-ci saniyədə vurulmuş qol hesab olunurdu.

Mənbə: “Haber Global”