Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olunub

19:10 22-09-2021 25

17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.